ABŞ-ın Virciniya ştatında da ölüm hökmü ləğv olunub

 05:30 25.03.2021     63

ABŞ-ın Virciniya ştatının rəhbərliyi ölüm hökmünə qadağa tətbiq edib.

Redaktor.az xəbər verir ki, müvafiq yerli qərar Demokratlar Partiyasını təmsil edən qubernator Ralf Nortem tərəfindən imzalanıb.

Bununla da Virciniya ölüm cəzasını qadağan edən 23-cü ABŞ ştatı olub. Bu qərar ştatda Demokratlar Partiyasının müraciəti ilə qanunla təsdiqlənib.

Edam cəzası Virciniyada 17-ci əsrdə Köhnə qitədən köçənlərin koloniyalar qurmasından bəri təxminən 1400 dəfə tətbiq edilib. Bu, ABŞ-da bu cəza növünün ən yüksək göstəricisidir. Virciniya həm də ABŞ-ın cənubunda ölüm hökmünü qadağan edən ilk ştat olub. //APA