Türkiyədə AKP rəhbərliyinin yeni tərkibi açıqlandı

 10:19 25.03.2021     296

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyası (AKP) Mərkəzi İcraiyyə Komitəsinin yeni çağırış üzvlərinin siyahısını açıqladı.

Redaktor.az-ın məlumatına görə, Binəli Yıldırım və Numan Kurtulmuş AKP-nin sədr müavinləri təyin edilib.

Ömər Çelik yenidən hakim partiyanın mətbuat katibi vəzifəsinə seçilib.

Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının VII qurultayında R.T.Ərdoğan yenidən AKP sədri seçilib. //Trend.az