Ukraynada koronavirusla bağlı antirekord qeydə alınıb

Ukraynada koronavirus pandemiyası dövründə ən yüksək gündəlik yoluxma və ölüm halları qeydə alınıb.
Redaktor.az-ın məlumatına görə, bunu ölkəin səhiyyə naziri Maksim Stepanov deyib.
Onun sözlərinə görə, ötən gün Ukraynada 16 669 nəfər koronavirusa yoluxub, 362 nəfər həyatını itirib.
Bundan əvvəlki rekord göstərici martın 23-də qeydə alınmışdı. Həmin gün 14 174 nəfər yoluxmuş, 342 nəfər vəfat etmişdi.
Bu günədək ölkədə 1,6 milyona yaxın yoluxma, 32 mindən çox ölüm qeydə alınıb. //Trend.az