İranda daha 97 nəfər koronavirusdan ölüb

 16:41 25.03.2021     77

İranda ötən sutka ərzində 97 nəfər koronavirusdan (COVID 19) ölüb.

Modern.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.  

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 62 142 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, ölkədə ötən 24 saat ərzində 7 506 nəfər koronavirisa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 830 823 nəfərə çatıb. //Moder.az