Ərdoğan Çinin Xarici işlər naziri ilə görüşüb

 18:23 25.03.2021     131

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Çin Xalq Respublikasının xarici işlər naziri Van İni qəbul edib.

Redaktor.az xəbər verir ki, Prezident Administirasiyasında keçirilən görüş bir saatdan artıq davam edib və mətbuat üçün qapalı olub.

Görüşdə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

Bundan başqa, Türkiyə və Çin Xarici işlər nazirləri arasında da ayrıca görüş baş tutub. Tərəflər iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi məsələsini müzakirə ediblər.