Gürcüstan Çin vaksinini gələn ay əldə edəcək

 19:37 25.03.2021     203

“Aprel ayında Gürcüstanın Çinin “Sinopharm” peyvəndini tədarük etmək imkanı olacaq”.

Redaktor.az xəbər verir ki, bunu Gürcüstanın Səhiyyə nazirinin müavini Tamar Qabuniya deyib.

Onun sözlərinə görə, dünyada milyonlarla insan Çin vaksini ilə peyvənd olunub:

“Hazırda Gürcüstan “Sinovac” və “Sinopharm” preparatlarının alınması üçün danışıqları davam etdirir”. //Report