Baydenin itləri Ağ Evə qayıtdı

 20:49 25.03.2021     117

ABŞ Prezidenti Co Baydenin alman çoban itləri, Meycor və Çemp Ağ Evə geri gətirilib. 

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cill Bayden açıqlama verib. Bir müddət əvvəl Ağ Ev işçisini dişləyərək xəsarət yetirdiyinə görə Baydenin Delaver ştatındakı iqamətgahına köçürülən Meycorun ayrıca təlim keçdiyi bildirilib. Cill Bayden insident baş verərkən itlərin yeni məkanlarına hələ yeni uyğunlaşmağa başladığını qeyd edib. 

Xatırladaq ki, bir müddət əvvəl Co Baydenin Meycor ləqəbli alman çoban iti Ağ Evin təhlükəsizlik xidməti əməkdaşını dişləməsinə görə müvəqqəti Delaver ştatına köçürülmüşdü. İtin üç yaşı olduğu bildirilir. ABŞ Prezidentinin digər iti Çemp isə 13 yaşındadır. //Qafqazinfo