İngiltərədə hərbi təyyarə qəzaya uğrayıb

 20:57 25.03.2021     141

İngiltərənin qərbində təyyarə qəzası baş verib.

Redaktor.az bildirir ki, hadisənin baş verdiyi Sent-Martins rayonuna xilasedicilər yollanıb. Yerli mətbuat orqanları qəzaya düşən “Hawk T1” tipli təyyarənin hərbi hava qüvvələrinə aid olduğunu bildirir.

Təyyarənin hər iki pilotu katapult etməyi bacarıb və sağ qalıb.

Faktla bağlı araşdırma başladılıb. //Oxu.az