"Novavax" Avropaya peyvənd göndərmək istəmir

 22:24 25.03.2021     331

Amerikanın "Novavax" şirkəti yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin Avropa İttifaqına tədarükü ilə bağlı müqavilənin imzalanmasını bir neçə həftəlik təxirə salıb.

Redaktor.az xəbər verir ki, bu barədə Reuters Aİ-dəki mənbəyə istinadən məlumat verib.

“Müqavilənin imzalanması prosesi ləngidilir. Qərarın səbəbi peyvənd komponentlərinin çatışmazlığından qaynaqlanan istehsal problemləridir”, - mənbə deyib.

Öz növbəsində Novavax şirkətinin nümayəndəsi bildirib ki, Aİ ilə razılaşma barədə danışıqlar davam edir, lakin təfərrüatlar barədə ətraflı məlumat verməyib. //Report