Hindistan “AstraZeneca” peyvəndinin ixracını dayandırıb

 22:52 25.03.2021     333

Hindistan ölkə ərazisində istehsal olunan “AstraZeneca” şirkətinin hazırladığı peyvəndin ixracını dayandırıb.

Redaktor.az bildirir ki, bu barədə NDTV məlumat yayıb.

Hindistan Serum İnstitutu (HSİ) tərəfindən istehsal olunan peyvəndin ixracının dayandırılması preparatın Ümumdünya Səhiyyə Təşkilatının COVAX proqramı vasitəsilə digər ölkələrə tədarükünə də təsir göstərə bilər.

Ölkədə koronavirusla bağlı vəziyyət stabilləşənə qədər preparatın ixracının olmayacağı qeyd olunur.