Bursada torpaq sürüşməsi olub - FOTO

 23:30 25.03.2021     263

Türkiyənin Bursa vilayətində torpaq sürüşməsi baş verib.

Redaktor.az xəbər verir ki, çökmə ehtimalına qarşı bir-birinə bitişik 7 bina boşaldılıb, 60 mənzildə yaşayan ailə təxliyyə olunub. Sakinlərə evlərindən qiymətli əşyaları götürməyə icazə verilib.

Binaların 3 mərtəbəsi torpaq altında qalıb.

Hadisə yerinə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. //Qafqazinfo

22