Türkiyədə koronavirusdan ölənlərin sayı artıb

 23:55 25.03.2021     242

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 157 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 28,731 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 19,186 nəfər sağalıb, ağır xəstə sayı isə 1790 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 3,120,013 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2,900,829 nəfər sağalıb, 30,619 nəfər isə ölüb.