ABŞ hərbçiləri gələn ilə qədər Əfqanıstandan çıxacaq

 10:20 26.03.2021     348

"ABŞ hərbçilərinin mayın 1-nə qədər Əfqanıstandan çıxarılmasında çətinliklərlə qarşılaşacaq, lakin onları gələn ilə qədər orada saxlamaq niyyətində deyil".

Redaktor.az xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden deyib.

"Çox qalmayacağıq, gedəcəyik, lakin məsələ nə vaxt gedəcəyimizdir", - deyə C.Bayden əlavə edib. 

C.Bayden BMT-nin egidası altında Əfqanıstanda ümummilli barışıq prosesinin başlayacağına ümid bəslədiyini deyib.