COVID-19 xəstələrinin müalicə aldığı xəstəxana yanıb - Çoxlu sayda ölən var

Hindistanın Maharaştra əyalətinin paytaxtı Mumbayda COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib.
Redaktor.az bu barədə "Bernama" agentliyinə istinadən məlumat verir.
Hadisə nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb. Xəstələr digər xəstəxanalara köçürülüb.
Yanğın xəstəxananın birinci mərtəbəsində başlayıb və yuxarı mərtəbələrə yüksəlib.
Hadisə yerinə yanğınsöndürən briqadası, axtarış-xilasetmə qrupları cəlb olunub.
Orxan İsmayıl / Redaktor.az