Rusiyada daha bir bank bağlanıb

 13:51 26.03.2021     113

Rusiya Bankı (Mərkəzi Bank) “Meqapolis” kommersiya bankının lisenziyasını ləğv edib.

Redaktor.az bildirir ki, buna səbəb bankın federal qanunları və Rusiya Bankının normativ aktlarını pozmasıdır. Belə ki, kredit təşkilatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün kifayət qədər ehtiyat yaratmayıb, həmçinin süni şəkildə maliyyə göstəricilərini yaxşılaşdırmaq və real maliyyə vəziyyətini gizlətmək üçün əmlakının dəyərini olduğundan artıq göstərib. Bundan başqa, maliyyə qurumunun xarici valyuta alışı ilə bağlı əməliyyatları mühasibat uçotunda və hesabatlarında dəfələrlə əks etdirmədiyi bildirilir.

“Meqapolis” Rusiyanın bank sistemində böyüklüyünə görə 234-cü yerdə olub. //Report.az