İranda daha 81 nəfər koronavirusdan ölüb

İranda son sutkada koronavirusa 7 980 yoluxma halı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə daha 81 nəfər COVID-19-dan ölüb.
İranda koronavirusa yoluxanların ümumi sayı 1 838 803, ölənlərin sayı isə 62 223 nəfərdir.
Orxan İsmayıl / Redaktor.az