Çin Britaniyaya qarşı cavab sanksiyalar tətbiq edib

 15:22 26.03.2021     146

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi Sincan-Uyğur Muxtar Vilayətindəki vəziyyətlə əlaqədar "yalan və dezinformasiya" yayan Böyük Britaniyadan olan fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edir.

Redaktor.az-ın məlumata görə, sanksiyalara Britaniya parlamentinin İcmalar Palatasının Xarici əlaqələr komitəsinin rəhbəri Tom Tugendhat, Mühafizəkarlar Partiyasının keçmiş lideri İan Dunkan Smit, uyğurlar haqqında məqalənin müəllifi Coann Smit Finli, Çin Tədqiqat Qrupu, Mühafizəkarlar Partiyasının İnsan hüquqları komissiyası və "Uyğur Tribunalı" təşkilatı məruz qalıb. Çin Xarici İşlər Nazirliyi Britaniyanı beynəlxalq normaları pozmaqda günahlandırır. Nazirliyin məlumatına görə, Çinin işlərinə kobud müdaxilə iki ölkə arasındakı münasibətlərə mənfi təsir edir.

Sanksiyalara məruz qalanların Çinə girişi qadağandır, onların ölkədəki aktivləri dondurulacaq. Bundan başqa, Çin vətəndaşlarına bu şəxslər və təşkilatlarla münasibətlər yaratmaq qadağan edilib.

Məlum olduğu kimi, mart ayında Avropa İttifaqı (Aİ) tərəfindən SincanUyğur Muxtar Vilayətinin bir neçə məmuruna sanksiya tətbiq edilib. Britaniya da, öz növbəsində, analoji Çinə qarşı analoji addım atıb. Rəsmi Pekin martın 22-də Aİ-yə cavab verib. Belə ki, Avropa Parlamentinin üzvləri də daxil olmaqla, 10 Aİ vətəndaşına və 4 Avropa şirkətinə qarşı sanksiya tətbiq edib. //APA