Türkiyədə güllələnən azərbaycanlı iş adamı vəfat etdi

 15:54 26.03.2021     105

Türkiyənin lüks otellərinin birində başına güllə sıxaraq intihar etdiyi bildirilən iş adamı Nihad Əliyev xəstəxanada dünyasını dəyişib.

Redaktor.az-ın məlumatına görə, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Saytımızın mənbəsi daha bir sensasion məlumat da verib. Bildirilib ki, Nihad Əliyev intihar etməyib. O, oteldən çıxarkən naməlum şəxslər tərəfindən güllələnib.

Qeyd edək ki, Türkiyə mediası ötən gün yerli vaxtla saat 23:00-da İstanbuldakı lüks otellərdən birində 3 qızla əyləndikdən sonra azərbaycanlı iş adamı Nihad Əliyevin tapançadan başına atəş açaraq, intihara cəhd etdiyini yazıb. O, özəl xəstəxanalardan birinə yerləşdirilmişdi.

N.Əliyevin otelə digər 5 yoldaşı ilə birgə gəldiyi bildirilir.

Əylənmək üçün dəvət edilən 3 qızın ifadələri alınıb. //Bakupost.az