Ərdoğan Türkiyədə vaksinasiyanın bitəcəyi vaxtı açıqladı - VİDEO

 18:59 26.03.2021     137

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb.

Redaktor.az-ın məlumatına görə, dövlət başçısı bir sıra maraqlı açıqlamalar verib.

Prezident bildirib ki, yayadək ölkədə aparılan koronavirusa qarşı vaksinasiya prosesinin sona çatdırılması planlaşdırılır.

“Vaksinasiyanın may-iyunda bitəcəyinə və yay üçün nəhayət ki, normal həyat tərzinə qayıdacağımıza ümid edirik. Biz Çinlə 100 milyon dozalıq peyvənd alınması barədə razılaşmışıq. Sifarişin yarısı hələ ki, bizə çatdırılmayıb. Bununla yanaşı, biz digər ölkələr, o cümlədən də Rusiya ilə də danışıqlar aparırıq. Əlavə vaksinlər işimizi daha da asanlaşdıracaq”, - deyə Ərdoğan qeyd edib.