COVID-19: Britaniyada son sutkada 6187 yoluxma olub

Böyük Britaniyada son sutka ərzində 6187 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4,325,315 nəfərə çatıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 70 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126,515 nəfərə çatıb.
Xatırladaq ki, Britaniyada koronavirusa qarşı vaksinin ilkin dozasını qəbul edənlərin sayı 29 milyonu keçib. //APA