Tbilisi meri xəstəxanaya yerləşdirilib

 21:40 26.03.2021     275

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzeyə vertebro-bazilyar sindrom və vestibulopatiya diaqnozu qoyulub.

Redaktor.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.

Mer klinikalardan birində müayinə olunduğunu bildirib:

“Distant rejimdə işləyirəm və müalicəmi davam etdirirəm. Görüşənədək”.

Qeyd edək ki, son günlər Tbilisi meri ictimaiyyət qarşısında görünmürdü. //Report