Türkiyədə son sutkada yoluxanların sayı artıb

 21:56 26.03.2021     81

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 153 nəfər vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 29,081 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 20,208, ağır xəstələr isə 1810 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 3,149,094 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2,921,037 nəfər sağalıb, 30,772 nəfər isə həyatını itirib.