Bayden Putini və Si Tsinpini danışıqlara dəvət edib

 23:56 26.03.2021     271

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putin və ÇXR-in sədri Si Tsinpini iqlim məsələləri ilə bağlı danışıqlarda iştirak etməyə dəvət edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi adı açıqlanmayan rəsmi şəxsə istinadən məlumat yayıb.

Planlaşdırılan danışıqların təfərrüatları barədə hələlik açıqlama verilməyib. Rəsmi Ağ Ev bu məlumata hələ ki, bir münasibət bildirməyib. //APA