Koronavirus laboratoriyada hazırlanıb?

 10:38 27.03.2021     207

Yeni növ koronavirusun yayılma xüsusiyyətləri onun böyük ehtimalla laboratoriya şəraitində yaradıldığını göstərir.

Redaktor.az bildirir ki, bu fikri ABŞ-ın Xəstəliklərin Profikaltikası və İdarəetmə Mərkəzinin (CDC) keçmiş rəhbəri Robert Redfild CNN-ə müsahibəsində deyib:

“Hələ də bu patogenin laboratoriyada hazırlanmasına inanıram. Bu mənim fikrimdir. Mən bir virusoloqam və bütün həyatımı virusologiyaya həsr etmişəm. İnanmıram ki, o hər hansı bir yarasadan insana keçdi və dərhal ən yoluxucu viruslardan birinə çevrilib”. //Oxu.az