Misirdə qatar qəzası: 32 ölü, 66 yaralı - VİDEO

 10:50 27.03.2021     539

Misirdə qatar qəzası baş verib.

Redaktor.az bu barədə "Haber Global"a istinadən xəbər verir.

İlkin məlumatlara əsasən, nəticədə 32 nəfər ölüb, 66 nəfər xəsarət alıb. 3 vaqonun relsdən çıxaraq aşdığıqeyd olunub.

Hadisə yerinə xilasetmə briqadası, təcili tibbi yardım maşınları cəlb olunub.

Fakt araşdırılır.

Orxan İsmayıl / Redaktor.az