ABŞ-da silahlı insident: Ölənlər və xəsarət alanlar var

 11:17 27.03.2021     398

ABŞ-ın Virciniya ştatında atışma olub, ölən və yaralananlar var.

Redaktor.az-ın məlumatına görə, bu barədə ştatın Viriciniya-Biç şəhər polisinin "Twitter" səhifəsində məlumat yayılıb.

Polisin verdiyi məlumata görə, atışma zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bildirilib ki, ölənlərdən biri vətəndaşlara atəş açan şəxsdir ki polis tərəfindən zərərsizləşdirilib. Digər şəxsin kimliyi hələ müəyyənləşdirilməyib.

Polis vətəndaşları ərazidən uzaq olmağa çağırıb. //APA

Vumart və Güvən reklamı Vumart Güvən