Rusiyada daha 387 nəfər koronavirusdan ölüb

Rusiyada son sutkada koronavirusa 8 885 yoluxma halı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə daha 387 nəfər COVID-19-dan ölüb.
Rusiyada koronavirusa yoluxanların ümumi sayı 4 510 744, ölənlərin sayı isə 97 404 nəfərdir.
Orxan İsmayıl / Redaktor.az