SON DƏQİQƏ: İtaliyada güclü zəlzələ olub

 18:27 27.03.2021     1008

Adriatik dənizinin İtaliya sahillərində baş verən 5.9 manitudalı zəlzələ azı 7 ölkədə hiss olunub.

Redaktor.az bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir.

Zəlzələnin episentri İtaliyanın Vieste qəsəbəsindən 68 kilometr məsafədə yerləşib. Yeraltı təkanlar yerli vaxtla saat 14:47-də qeydə alınıb.

Yerin 2 km dərinliyində baş verən zəlzələ Adriatik dənizinin digər tərəfindəki Xorvatiyadan 120 kilometr məsafədə baş verib.

Yeraltı təkanlar Albaniya, Çernoqoriya, Bosniya və Herseqovina, Yunanıstan və Sloveniya, eləcə də İtaliya və Xorvatiya kimi ölkələrdə hiss olunub.

Amerika Geoloji Tədqiqat Mərkəzi (USGS) zəlzələnin maqnitudasını 5,5 bal olaraq qiymətləndirib.

Orxan İsmayıl / Redaktor.az