Toqquşmalarda ölənlərin sayı 90-a çatıb - Myanma

Myanmada nümayişçilər və təhlükəsizlik qüvvələri arasında toqquşma nəticəsində ölənlərin sayı 89-a çatıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə Siyasi Məhbuslara Yardım Assosiasiyası məlumat yayıb.
Öldürülənlər arasında uşaqların da olduğu bildirilir.
Yerli "Myanmar Now" xəbər portalı öldürülənlərin sayının 90-dan çox olduğunu bildirib.
ABŞ-ın Myanmanın Yanqon şəhərindəki mədəniyyət mərkəzinə də atəş açılıb. ABŞ səfirliyi xəsarət alanların olmadığını bildirib.
ABŞ, Britaniya və Aİ rəsmiləri Myanmada baş verənləri qınayıb. //APA