ABŞ-da 80 mindən çox yoluxma qeydə alınıb - COVID-19

ABŞ-da son sutkada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 80716 nəfər olub.
Redaktor.az-ın məlumatına görə, bu barədə Con Hopkins İnstitutu məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində 1265 nəfər koronavirusdan vəfat edib, bununla da ABŞ-da indiyədək bu infeksiyaya yoluxaraq ölənlərin sayı 548089 nəfərə çatıb.
Ölkədə indiyədək 30 milyondan çox insan koronavirusa yoluxub. //APA