Kolumbiyada yaralananların sayı 43-ə yüksəlib

 03:23 28.03.2021     73

Kolumbiyada bələdiyyə binası yaxınlığında bombanın partlaması nəticəsində yaralananların sayı 17-dən 43-ə yüksəlib.

Redaktor.az-ın məlumatına görə, bu barədə ölkənin Müdafiə naziri Dieqo Molano bildirib.

Onun sözlərinə görə, onlardan 6 nəfəri ağır xəsarətlər alıb.

Nazir qeyd edib ki, hücuma görə məsuliyyəti keçmiş solçu radikal qrup "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri" nin nümayəndələri daşıyır. //Trend.az