Könüllü "vaksinasiya pasportları" tətbiq olunub - Nyu-York

 21:44 27.03.2021     97

Nyo-York ABŞ-ın koronavirusa qarşı peyvənd olunmasını təsdiqləyən könüllü rəqəmsal sertifikatları tətbiq edən ilk ştatı olub.

Redaktor.az-ın məlumatına görə, bu barədə ştatın qubernatoru Endryu Kuomo öz "Twitter" səhifəsində bildirib.

E.Kuomo bildirib ki, sertifikatın adı "Excelsior Pass" olacaq və QR kodu şəklində istifadə ediləcək.

Bunu əldə etmək üçün tətbiqi "Apple App Store" və ya "Google Play Store"dan yükləmək lazımdır. Kodu xüsusi veb-saytda da çap etmək mümkün olacaq.

Proqramda iştirak könüllüdür. //Trend.az