ABŞ-da atışma zamanı 7 nəfər xəsarət alıb

 22:16 27.03.2021     368

ABŞ-ın Filadelfiya şəhərində atəşma olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Philadelphia Inquirer” məlumat yayıb.

Məlumata görə, naməlum şəxs barda ətrafdakılara atəş açıb. Hadisə zamanı 7 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis bildirib ki, atışmaya mübahisə səbəb olub. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. //Report.az