“Facebook” İran telekanalının səhifəsini bağlayıb

 23:45 27.03.2021     82

“Facebook” sosial şəbəkəsi İranın ingilisdilli “Press TV” kanalının səhifəsini birdəfəlik bağlayıb.

Redaktor.az bildirir ki, bu barədə məlumat “Press TV”nin “Twitter” səhifəsində dərc edilib.

Telekanalın yaydığı açıqlamada qeyd olunur ki, dörd milyon abunəçisi olan səhifə heç bir xəbərdarlıq edilmədən bloklanıb.

“Facebook” səhifənin bağlanmasını sosial şəbəkənin icma qaydalarına riayət edilməməsi ilə əsaslandırıb. //Oxu.az