Uşaq ədəbiyyatının məşhur müəllifi vəfat edib

 10:42 28.03.2021     1054

Amerikalı uşaq ədəbiyyatı yazarı Beverli Kliri 104 yaşında vəfat edib.

Redaktor.az bildirir ki, bu barədə “HarperCollins” nəşri “Twitter” səhifəsində məlumat verib.

Bildirilir ki, yazıçı 1960-cı illərdən bəri yaşadığı Kaliforniyanın Karmel şəhərində vəfat edib.

Məşhur yazıçı bir neçə nəsil insanların sevimlisi olub. Onun kitabları 85 milyon nüsxədən çox satılıb və 29 dilə tərcümə edilib.

Kitablarındakı ən məşhur personajlar Ramona və Bizus Quimbi, Henri Hiqqins, onun iti Rebzi və Ralf siçandır. //Oxu.az