Rusiyanın döyüş gəmiləri ƏMR gözləyir - BÖYÜK ƏMƏLİYYAT BAŞLAYIR

 10:57 28.03.2021     2089

Rusiya son zamanlar dünyanın ən həssas nöqtələrindən biri halına gələn Şərqi Aralıq dənizində döyüş gəmilərinin sayını artırmağa başlayıb.

Redaktor.az xəbər verir ki, Rusiyanın Şərqi Aralıq dənizində yer alan 12 döyüş və 1 sualtı gəmilərinə Baltik donanmasından gələn daha 4 döyüş gəmisi qoşulub.

Rusiya Müdafiə Nazirliyinə yaxınlığı ilə tanınan "Avio.pro" xəbər saytının məlumatına görə, dünən rəsmi Moskvanın bölgəyə  hərbi qüvvə göndərməsi prosesi başa çatıb və bu, təlimlərlə əlaqələndirilib. Ancaq Şam rejimi ilə Rusiyanın birlikdə müxaliflərin nəzarətində olan İdlibdə böyük əməliyyata hazırlaşdığı bildirilir.

Rusiyanın Cəbəllütariq boğazından Suriya sahillərinə göndərdiyi 4 hərbi gəmisindən birincisi "Kalibar" qanadlı raketləri ilə təchiz olunmuş "Boykiy" korvetasıdır. Digər 3 gəmi olan "Kalininqrad", "Korolev" və "Minsk" isə böyük eniş gəmiləri sinfindəndir. 

Orxan İsmayıl / Redaktor.az