Dünyada koronavirusa yoluxanlar sürətlə artır

 12:21 28.03.2021     1026

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 612 mindən çox artıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 612 min 369 nəfər yeni koronavirusa yoluxub, 10 min 590 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 125 milyon 781 min 957, ölənlər isə 2 milyon 759 min 432 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.