SON DƏQİQƏ: Sərt karantin müddəti uzadıldı

 11:08 28.03.2021     2148

Qazaxıstanda COVID-19-a yoluxma sayında kəskin artım müşahidə olunur. Almatı şəhər dövlət sanitar baş həkimi Jandarbek Bekşinin əmri ilə şəhərdə sərt karantin rejimi aprelin 12-dək uzadılıb.

Redaktor.az xəbər verir ki, Almatıda koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına dair tədbirlərin gücləndirilməsi haqqında sənəd bu il martın 29-da qüvvəyə minir.

Sənədə əsasən alış-veriş və əyləncə mərkəzlərinin, ticarət evlərinin, muzeylərin, heyvanat parklarının, kitabxanaların, kafe və restoranların işi də qadağan ediləcək. Restoranlar və kafelər yalnız çatdırılma xidməti ilə fəaliyyət göstərə bilərlər.

Qazaxıstanda koronavirusun yayılması baxımından Nur-Sultan, Almatı və Qərbi Qazaxıstan vilayəti "qırmızı zona”ya daxil olub. //AzərTac