Kilsəyə terror hücumu: Yaralılar var - VİDEO

 13:37 28.03.2021     408

İndoneziyanın Cənubi Sulavesi əyalətinin paytaxtı Makassarda kilsədə təşkil olunan bazar ayini zamanı motosikletlə hüzum baş verib.

Redaktor.az bildirir ki, əyalət polisinin verdiyi açıqlamada hücum nəticəsində 14 nəfərin xəsarət aldığı öz əksini tapıb. Yaralılar xəstəxanaya aparılıb. Terror aktını reallaşdıran şəxs ölüb.

Qeyd olunub ki, motosikletlə hücum edən şəxs kilsəyə girmək istəyib, bunu bacarmadıqda isə özünü partladıb.

Orxan İsmayıl / Redaktor.az