Paşinyan istefa verir - Bir neçə gün qaldı...

Ermənistanın Baş Naziri Nikol Paşinyan apreldə istefa verəcək.
Redaktor.az bildirir ki, bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Məlumata əsasən, o, bunu martın 28-də Ermənistanın Armavir vilayətinin Araqas kəndinin sakinləri ilə görüşdə bildirib.
Qeyd edək ki, Ermənistan qanunlarına görə, parlament hazırkı hökumət başçısının istefasından sonra onu iki dəfə baş nazir seçməsə, növbədənkənar seçkilər təyin ediləcək. Bu vəziyyətdə Paşinyan baş nazir vəzifəsini davam etdirəcək. Bundan əvvəl isə o, ölkədə növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini söyləmişdi.