Madaqaskarın sabiq prezidenti vəfat edib - FOTO

 17:25 28.03.2021     984

Madaqaskarın sabiq prezidenti Didye Ratsiraka 84 yaşında qriplə bağlı müalicə aldığı xəstəxanada vəfat edib.

Redaktor.az bu barədə "Milliyət"ə istinadən xəbər verir.

Həkimlər bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən keçmiş prezidentin COVID-19 testinin mənfi çıxdığını açıqlayıb.

"Admiral" ləqəbli Didye Ratsiraka 1975-1993 və 1997-2002-ci illər arasında Madaqaskar prezidenti vəzifəsində çalışıb.

Orxan İsmayıl / Redaktor.az

2