Norveçə giriş qaydaları sərtləşdirilir

 19:39 28.03.2021     696

Norveç hökuməti pandemiya ilə əlaqədar aprelin 1-dən etibarən yerli vətəndaşların və əcnəbilərin ölkəyə giriş şərtlərini sərtləşdirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti açıqlayıb.

Belə ki, 1 apreldən etibarən sərhəddə yeni növ koronavirus infeksiyasının aşkar edilməsi ilə bağlı verilən testin cavabını elə sərhəddə gözləməli olacaqsınız. Buna etiraz edənlər cərimələnəcək.

Norveç vətəndaşları və bu ölkədə daimi yaşamaq icazəsi olan hər bir şəxs yüksək yoluxma riski olan ölkələrdən Norveçə daxil olmamışdan əvvəl mənfi koronavirus testinin nəticəsini təqdim etməlidirlər. //Report.az