"Lufthansa" İsveçrədəki şirkətində daha çox ixisarlar edə bilər

 01:23 29.03.2021     77

Almaniyanın "Lufthansa" konserninin İsveçrədəki törəmə şirkətində pandemiya səbəbindən hava səyahətlərinə tələbatın azaldığına görə əlavə ixtisarlar elan edilə bilər.

Redaktor.az-ın məlumatına görə, bu barədə şərkətin icraçı direktori Diter Vankx bildirib.

Qeyd edilir ki, ötən iki il ərzində şirkətin 1000 əməkdaşı ixtisara salınıb. Şirkətdə ümumilikdə təxminən 9000 nəfər işçi çalışır.

Əksər səyahət şirkətlərinin gözlədiyi kimi, İsveçrədə bu sahədə fəaliyyət göstərən təşkilatlar gələcəkdə işgüzar səfərlərə daha az tələbat olacağını təxmin edir və hesab edilir ki şirkətlər koronavirus böhranı bitdikdən sonra daha çox video konfrans formatından istifadə edəcəklər. //Trend.az