Rusiyada məşqçi oyun zamanı ölüb

Basketbol üzrə Sankt-Peterburq şəhərinin qadınlardan ibarət komandasının məşqçisi oyun zamanı ölüb.
Redaktor.az xəbər verir ki, Viktor Korolyov 53 yaşında olub.
O, Rusiya birinciliyinin bürünc medalları uğrunda keçirilən qarşılaşma zamanı dünyasını dəyişib.
"Sankt-Peterburq-1" və "Moskva-3" komandaları arasındakı görüş birincilərin məşqçisinin huşunu itirməsilə əlaqədar 9-cu dəqiqədə dayandırılıb.
Mərhumun ölüm səbəbi açıqlanmır. //Oxu.az