Tanınmış iş adamı qəzada ölüb - FOTO

 11:15 29.03.2021     815

Çexiyanın ən varlı iş adamı Petr Kellner Alyaskada helikopterin qəzaya uğraması nəticəsində ölüb.

Redaktor.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Kellnerlə yanaşı, helikopterdə olan digər 5 nəfər də həyatını itirib.

Qeyd edək ki, 54 yaşlı Petr Kellner 19 milyard dollardan artıq sərvəti ilə Çexiyanın ən varlı adamı sayılırdı.

Orxan İsmayıl / Redaktor.az

2