Marsdan yeni FOTOLAR

 11:24 29.03.2021     443

ABŞ-ın Milli Aviasiya və Kosmik Təhqiqatlar Agentliyi (NASA) “Perseverans” aparatının Mars planetindən göndərdiyi yeni fotoları yayıb.

Redaktor.az xəbər verir ki, 142 fotodan ibarət 360 dərəcəlik panorama NASA-nın saytında dərc edilib.

Bu görüntülər indiyədək göndərilən fotoların arasında ən aydın görünənidir.

“Perseverans” ötən il iyunun 30-da ABŞ-ın Floridadakı Kanaveral burnu kosmik stansiyasından (“Cape Canaveral”) buraxılıb. 7 ay müddətinə 470 milyon km-lik məsafəni qət etdikdən sonra 2021-ci il fevralın 20-də Marsa enib.

Qırmızı planetdə yeni layihə və aparatın Marsa enməsi üçün 2,4 milyard ABŞ dollar, sistemə isə 300 milyon ABŞ doları xərcləndiyi bildirilib. “Perseverans”ın 2 il Marsda qalacağı planlaşdırılıb. //Report.az

2222