Aprelin 1-dən başlayır: Türkiyə-Azərbaycan QARDAŞLIĞI! - RƏSMİ AÇIQLAMA

 14:25 29.03.2021     1461

Türkiyə ilə Azərbaycan arasında vətəndaşların qarşılıqlı səfərlərinin yalnız şəxsiyyət vəsiqəsi ilə mümkün olmasının nəzərdə tutulduğu qanun 1 aprel 2021-ci il tarixindən qüvvəyə minəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu qərarla hər iki ölkə vətəndaşları xarici pasporta ehtiyac olmadan səfər edə biləcəklər. Sənəd olaraq yeni şəxsiyyət vəsiqəsi tələb olunur.

Orxan İsmayıl / Redaktor.az