Nikol Paşinyanı dəstəkləyən deputat istefa verib

 17:25 29.03.2021     175

Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasının üzvü, deputat Suren Qriqoryan istefa verib.

Redaktor.az bildirir ki, bunu ölkə parlamentinin sədri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, S.Qriqoryan bir həftə ərzində istefa ərizəsini geri götürməzsə, onun deputat mandatına xitam veriləcək.

A.Mirzoyan bildirib ki, deputatın istefası ilə bağlı protokol dərc olunan gündən qüvvəyə minir.

Qeyd edək ki, Ermənistan parlamentində deputat sayına görə çoxluq təşkil edən “Mənim addımım” fraksiyası baş nazir Nikol Paşinyanı dəstəkləyir.