İraq gündəlik neft hasilatını 67% artırmaq niyyətindədir

 16:54 29.03.2021     67

İraq 2029-cu il üçün gündəlik neft hasilatının həcmini 4,8 mln. bareldən 8 mln. barelədək artırmağı planlaşdırır.

Redaktor.az-ın məlumatına görə, bu barədə İraqın neft naziri İhsan Abdel Caber bildirib.

Onun sözlərinə görə, gələcəkdə bu göstərici 12 mln. barelədək yüksələ bilər.

Nazirin fikrincə, bu plan dünya neft bazarlarının sabitliyini qorumaq üçün əldə olunan “OPEC+” hasilatının azaldılmasına dair razılaşmaya zidd deyil.

Qeyd edilir ki, ölkədə neft hasilatının artırılması “Məcnun”, “Zubeir” və “Rumeila” neft yataqları hesabına təmin ediləcək. //APA