ABŞ Myanma ilə ticarət əlaqələrini dayandırıb

 19:08 29.03.2021     661

ABŞ Myanma ilə ticarət əlaqələrini dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Amerikanın Ticarət Nümayəndələri idarəsinin yaydığı məlumatda deyilir. “ABŞ 2013-cü ildə imzalanmış Ticarət və İnvestisiya haqqında saziş çərçivəsində Myanma ilə bütün təmaslarını dayandırır”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, qərar dərhal qüvvəyə minir və Myanmada demokratik yolla seçilmiş hökumətin hakimiyyətə qayıdışına qədər davam edəcək.  

Xatırladaq ki, fevralın 1-də Myanma ordusu birillik fövqəladə vəziyyət elan edərək Prezident Vin Myin və dövlət müşaviri Aun San Su Çjin başda olmaqla, ölkə rəhbərliyini vəzifədən kənarlaşdırıb. Onlar bunu 2020-ci ilin noyabrında keçirilmiş seçkilərdə irimiqyaslı saxtakarlıqlarla izah ediblər. //Qafqazinfo

 

Vumart və Güvən reklamı Vumart Güvən